Nəqliyyat

400 000-ə yaxın əhalinin hərəkətini təmin edən ictimai nəqliyyat vasitələri.

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Universitetlər » Gəncə Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

2 4
Ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 187
Telefon: +994.22.56.19.63
Faks: +994.22.56.19.63
Veb səhifə: www.gsu.az
Email: info(AT)gsu.az
Üzvlər: 5004 nəfər

14 aprel 1938-ci ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Gəncədə (o zamankı Kirovabad) İkillik Müəllimlər İnstitutu yaradılmışdır. 17 sentyabr 1939-cu ildən İnstitut bolşevik pedaqoq N.K.Krupskayanın adını daşımışdır. Tələbənin sayı 244 nəfər idi.
Həmin institutun bazası əsasında 01 sentyabr 1943-cü ildə 4 illik Kirovabad Dövlət Pedaqoji İnstitutu təşkil olunur. Həmin ildə institita böyük mütəfəkkir, görkəmli maarifçi Həsən bəy Zərdabinin adı verilmişdir.
Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun profili genişləndirilərək Gəncə Dövlət Universiteti adlandırılmışdır.

Hal-hazırda Gəncə Dövlət Universitetində 8 fakültə, 33 kafedra və 14 şöbə fəaliyyət göstərir.

  • Nəzdində 4 kafedra olan biologiya -kimya fakültəsi :
    Kimya;
    Botanika;
    Anatomiya, fiziologiya və zoologiya;
    Ekologiya.
  • Nəzdində 3 kafedra olan filologiya fakültəsi:
    Dünya və Azərbaycan ədəbiyyatı;
    Azərbaycan dili;
    Azərbaycan dilinin tədrisi.
  • Nəzdində 4 kafedra olan tarix – coğrafiya fakültəsi:
    Azərbaycan tarixi;
    Ümumi tarix;
    Coğrafiya;
    Sosial fənlər.
  • Nəzdində 6 kafedra olan xarici dillər fakültəsi:
    Qrammatika və ingilis dilinin tədrisi;
    Leksika və ölkəşünaslıq;
    Praktik xarici dillər;
    Rus dili;
    Fransız dili;
    Alman dili.
  • Nəzdində 4 kafedra olan riyaziyyat – informatika fakültəsi:
    Riyazi analiz;
    Həndəsə və cəbr;
    İnformatika;
    Ümumi riyaziyyat.
  • Nəzdində 4 kafedra olan fizika və texniki fənlər fakültəsi:
    Fizika:
    Ümumi fizika;
    Ümumi texniki fənlər və texnologiya;
    Təsviri incəsənət.
  • Nəzdində 5 kafedra olan pedaqoji fakültə:
    Ümumi pedaqogika;
    Psixologiya;
    Pedaqogika və təhsilin əsasları;
    Bədən tərbiyəsi və idman;
    Musiqi fənləri;
    Gənclərin çağrışaqədərki hazırlığı və mülki müdafiə.
  • Nəzdində 2 kafedra olan iqtisadiyyat və idarəetmə fakültəsi:
    İqtisadiyyat;
    İdarəetmə.

Bununla yanaşı aspirantura və doktorantura, magistratura, qiyabi, informasiya və komminikasiya texnologiyaları, xarici əlaqələr, kadrlar, tədris, tədris-metodiki, xüsusi, nəşriyyat, təchizat və təsərrüfat, dəftərxana, mühasibatlıq və kitabxana universitetin strukturunu təşkil edən şöbələrdəndir.

Gəncə Dövlət Universitetində 39 ixtisas üzrə mütəxəssis hazırlanır.

O cümlədən, biologiya-kimya fakültəsində- kimya müəllimliyi,biologiya müəllimliyi, kimya və biologiya müəllimliyi, kimya, biologiya, ekologiya;

filologiya fakültəsində-Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, filologiya;

tarix – coğrafiya fakültəsində-tarix müəllimliyi, tarix və coğrafiya müəllimliyi,coğrafiya müəllimliyi,tarix,sosial iş;

xarici dillər fakül təsində- xarici dil müəllimliyi (İngilis dili), xarici dil müəllimliyi (Rus dili), xarici dil müəllim- liyi (Fransız dili), xarici dil müəllimliyi (Alman dili),tərcümə (ingilis dili);

riyaziyyat – informatika fakültəsində-riyaziyyat müəllimliyi,informatika müəllimliyi,riyaziyyat və informatika müəllimliyi,riyaziyyat,kompüter elmləri;

fizika və texniki fənlər fakültəsində- fizika müəllimliyi,texnologiya müəllimliyi,təsviri incəsənət müəllimliyi,fizika;

pedaqoji fakültədə-fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə),ibtidai sinif müəllimliyi,müsiqi müəllimliyi,psixologiya,təhsildə sosial – psixoloji xidmət,bədən tərbiyəsi və idman;

iqtisadiyyat və idarəetmə fakültəsində-mühasibat uçotu və audit,iqtisadiyyat,menecment,biznesin idarə edilməsi,dövlət və bələdiyyə idarəetməsi, turizm və otelçilik;

Gəncə Dövlət Universitetin müasir tələblərə cavab verəcək Heydər Əliyev prospekti, Əhməd Cəmil küçəsi, 1,Heydər Əliyev prospekti, 9,Mikayıl Müşfiq küçəsi, 19 ünvanlarında yerləşən 4 tədris binası, yataqxana və kitabxana tələbələrin və professor-müəllim heyətinin istifadəsindədir. Kitabxananın ümumi fondu 578684 ədəd təşkil edir. Bunlardan 289557-si kitab, 70862-si jurnal, 218265-i qəzetdir. 360419 nüsxə isə ədəbiyyat saxlanılır. Bunlardan- 574-ü elmi, 124942–si dərslik və dərs vəsaiti, 63502 si bədii, 121901-ü isə ictimai-siyasi ədəbiyyatdır.

Gəncə Dövlət Universitetində 1166 nəfər professor–müəllim, tədris – köməkçi heyətləri və inzibati – təsərrüfat işçiləri çalışır ki, bunlardan :
professor – müəllim heyəti 561 nəfər, elmlər doktoru, professor -14 nəfər, elmlər namizədi, professor –2 nəfər, elmlər namizədi, dosent -137 nəfər,
elmi dərəcəsiz dosent – 3 nəfər, elmlər namizədi, baş müəllim - 22 nəfər, baş müəllim – 241 nəfər, müəllim – 142 nəfər, tədris – köməkçi heyət - 466 nəfər, təsərrüfat işçiləri və mühafizə-139 nəfərdir. Universitetin 70 illik yubileyi münasibətilə əməkdaşların əməyi layiqincə qiymətləndirilmiş, Azərbaycan Respublicasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının Sərəncamı ilə 2 nəfərə Əməkdar elm xadimi, 10 nəfərə Əməkdar müəllim, 1 nəfərə Əməkdar rəssam, 1 nəfərə Əməkdar jurnalist kimi fəxri adlar, 13 nəfərə isə “Tərəqqi” medalı verilmişdir. İndiyədək Təhsil Naziri cənab Misir Mərdanovun əmri ilə 20 nəfər əməkdaş “Qabaqcıl təhsil işçisi” medalına layiq görülmüşdür. Gəncə Dövlət Universitetində 1356 nəfər tələbə təqaüd alır. 35 nəfəri isə adlı təqaüd.

GDU-da 457 nəfər qaçqın, məcburi köçkün və şəhid ailəsindən, valideyn himayəsindən məhrum olmuş tələbə təhsil alır. Qaçqın, məcburi köçkün və şəhid ailəsindən olan tələbələr Azərbaycan Respublicasının Prezidentinin sərəncamı ilə təhsil haqqından azad olunub, valideyn himayəsindən məhrum olmuş tələbələr isə həm təhsil haqqından azad edilib,həm də onlar ikiqat təqaüdlə təmin olunublar.

Universitet kollektivinin 2201 nəfəri YAP-ın üzvüdür. Onların 935 nəfəri əməkdaş, 1266 nəfəri tələbədir.

Universitetdə Boloniya prosesinə uyğun olaraq tədris kredit sistemi əsasında qurulmuşdur. Hazırda bakalavr təhsil səviyyəsində 39 ixtisas, magistratura təhsil səviyyəsində 45 ixtisas fəaliyyət göstərir. 2010/2011-ci tədris ilindən etibarən semestr imtahanları test üsulu ilə kompüterlər vasitəsilə keçirilməyə başlamışdır. Hal-hazırda semestr imtahanları test üsulu ilə, qismən də yazılı formada aparılır.

Gəncə Dövlət Univertsiteti elmi-tədqiqat və beynəlxalq əlaqələr sahəsində də mühüm irəliləyişlərə nail olmuşdur. Təkcə onu demək kifayətdir ki, 2011/2012-ci tədris ilində Beynəlxalq və Respublika elmi konfranslarında 450 məruzə edilmiş. 1270 elmi məqalə dərc olunmuş, 86 dərslik, dərs vəsaiti, metodik göstəriş çap edilmiŞ 12 monoqrafiya oxuculara çatdırılmışdır.

Universitet Avropa Birliyinin bir sıra nüfuzlu təhsil proqramlarına qoşulmuşdur. Universitet 2007-ci ildən 2012-ci ilə qədər 5 Erasmus layihəsində, 2 Tempus layihəsində əməkdaş qismində iştirak etmiş, bu baxımdan da statistikaya görə Təhsil Nazirliyinin tabeliyində olan universitetlər arasında 5-ci yerdədir.

“Erasmus Mundus” proqramının əsas məqsədi “Qafqaz ölkələri universitetlərinin Avropa universitetləri ilə tələbə-müəllim mübadiləsi yaratmaq”dır. Layihə çərçivəsində 5 il ərzində 40-a yaxın tələbə-müəllim Avropanın müxtəlif ölkələrinin universitetlərində təhsilin müxtəlif pillələrində təkmilləşdirmə kurslarında təhsil almışlar.

Universitet tədris sahəsində mümkün qədər uğura malikdir. Son hadisələr də bunu bir daha təsdiq edir. Təsadüfi deyil ki, keçən il Avropa Biznes Assembleyasının Rəyasət Heyətinin, Avropa Rektorlar Klubunun Akademik Şurasının və Biznes Liderlərinin Beynəlxalq Klubunun Beynəlxalq Sokrat adına nominasiya Komitəsinin qərarı ilə Universitet elm və təhsilin müxtəlif istiqamətləri üzrə nailiyyətlərinə, peşəkarlığına, elmi –tədqiqat və mədəni-maarif sahəsindəki fəaliyyətinə görə “Avropa keyfiyyəti” Beynəlxalq mükafatına, rektor isə “Elmdə fəxri ad” qızıl medalına layiq görülmüşdür.

 

Beynəlxalq əlaqələr

Gəncə Dövlət Universitet Avropa Birliyinin bir sıra nüfuzlu təhsil proqramlarına qoşulmuşdur. Universitet 2007-ci ildən 2012-ci ilə qədər 5 Erasmus layihəsində, 2 Tempus layihəsində əməkdaş qismində iştirak etmiş, bu baxımdan da statistikaya görə Təhsil Nazirliyinin tabeliyində olan universitetlər arasında 5-ci yerdədir.

“Erasmus Mundus” proqramının əsas məqsədi “Qafqaz ölkələri universitetlərinin Avropa universitetləri ilə tələbə-müəllim mübadiləsi yaratmaq”dır. Layihə çərçivəsində 5 il ərzində 40-a yaxın tələbə-müəllim Avropanın müxtəlif ölkələrinin universitetlərində təhsilin müxtəlif pillələrində təkmilləşdirmə kurslarında təhsil almışlar.

Universitet 2011-ci ildən Avropa birliyinin nüfuzlu proqramı olan “Tempus” layihəsində iştirak edir. Layihənin əsas məqsədi “Azərbaycan universitetlərində tərcümə sahəsində islahatlar” etməkdir. Layihə çərçivəsində universitetin 20 nəfər müəllimi tərcümə sahəsində müxtəlif ölkə universitetlərində təcrübə kursları keçmişdir. Bu universitetlər sırasında Birləşmiş Krallığın Esseks Universiteti, Almaniyanın Leipziq Universiteti, Fransanın Strasburq Universiteti və İtaliyanın Milan Ali Tərcümə məktəbini göstərmək olar. Müəllimlərimiz adları qeyd olunan universitetlərin təhsil sistemi ilə yaxından maraqlanmış və tərcümə sahəsinin inkişafında öyrəndikləri yeni metodları universitetimizdə tətbiq etmişlər. Layihə müddəti 2011-2014-cü illəri əhatə edir.
2012-ci il universitetin beynəlxalq əlaqələr sahəsində mühim illərdəndir. Belə ki, universitetimiz Avropa Birliyinin “Erasmus Mundus WEBB (Bütöv Avropa Bir Sərhəddə)” adlı 2 yeni layihəsinə partnyor qismində qoşulmuşdur Layihənin təqdimatı 29 noyabr 2012-ci ildə Xəzər Universitetində təşkil olunmuşdur. Layihənin müddəti 2012-2016-cı illəri əhatə edir.

21 dekabr 2012-ci ildə universitet üzrə bu layihənin təqdimatı keçirilmişdir. Artıq sənəd qəbulu davam edir. Bu layihə çərçivəsində əməkdaş olduğumuz və ikitərəfli müqavilə imzalanacaq Avropa universitetləri aşağıdakılardır:

Bolonya Universiteti-İtaliya; Qent Universiteti-Belçika; Turku Universiteti- Finlandiya; Politiers Universiteti-Fransa; Leipziq Universiteti-Almaniya; Ka Faskari Venetsiya Universiteti-İtaliya; Paviya Universiteti-İtaliya; Varşava Universiteti- Polşa; Lund Universiteti- İsveç; Kardiff Universiteti-Böyük Britaniya.

Digər layihə isə “Tempus CURDEUS (Avropa Təhsil Sistemində Kurrikulumun Inkişafı və Keyfiyyətin artırılması)” adlanır. Bu layihənin təqdimatı 2012-ci ilin dekabr ayının 14-də Xəzər Universitetində təşkil olunmuşdur. Layihə müddəti 3 ildir və bu yöndə artıq hazırlıq işləri başlanmışdır. 
Gəncə Dövlət Universitetinin bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə sıx əlaqələri var. Misal olaraq, Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya, Rumıniya və s. göstərmək olar.

Hal-hazırda Universitetimizdə 27 nəfər əcnəbi tələbə normativ sənədlər əsasında bakalavr, magistratura və doktorantura pillələrində öz təhsillərini davam etdirir. Təhsil alan tələbələrdən 15 nəfəri Türkiyə, 6 nəfəri Rusiya, 1 nəfəri Ukrayna, 5 nəfəri isə Gürcüstan Respublikasının vətəndaşıdır.

2006/2007-ci tədris ilindən başlayaraq universitetdə tədris Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.04.2006-cı il tarixli 264 saylı və 27.07.2007-ci il tarixli 914 saylı əmrləri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi əsasnamə” yə uyğun olaraq davam etdirilir. Bütün ixtisaslar üzrə 1200-dən artıq fənn tədris olunur ki, həmin fənnlərin də proqramları tərtib edilmişdir.

Gəncə Dövlət Universitetində təhsil Azərbaycan dilində aparılır. Xarici dillər fakültəsində ingilis, alman, rus, fransiz dili ixtisasları olduğundan burada tədris həm Azərbaycan, həm də müvafiq ixtisaslara uyğun olaraq ingilis, alman, rus və fransız dillərində aparılır.

Sosial və ictimai fəaliyyət

Cəmiyyətə vətənpərvər vətəndaş yetişdirmək.

Xidmətlər

Təhsil


2 1
2 2
2 3